16:07 - 16.05.2021
16 may, Fineko/abc.az. Dünyada ən çox alınan avtomobil markaları Yaponiyanın “Toyota” şirkətinə məxsusdur.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın “Automotive Touch Up” şirkətin hazırladığı və 110 ölkəni əhatə edən araşdırmada bildirilir.
Sənədə əsasən, ötən il 44 ölkədə “Toyota”ya üstünlük verilib. Siyahıda növbəti yerlərdə Almaniyanın “Volkswagen” şirkətinə 17 ölkədə, hər biri 5 ölkədə olmaqla Fransanın “Renault”, Cənubi Koreyanın “Hyundai”, 4 ölkədə üstünlük verilən ABŞ-ın “Chevrolet” şirkətləri qərarlaşıb.
Maraqlıdırı ki, "Toyota"nın fəaliyyət göstərdiyi Asiya regionunda bu markaya üstünlük verilsə də, qitənin ən böyük ölkəsi Çində “Volkswagen” ən populyar avtomobil markası seçilib.
Cənubi Afrikada “Toyota”ya, Şimali Amerikada “General Motors” və “Ford”a, Cənubi Amerikada "Chevrolet”, “Renault”, “Toyota” və “Volkswagen”ə, Avropada isə daha çox yerli markalara üstünlük verildiyi məlum olub.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026