15:26 - 16.05.2021
16 may, Fineko/abc.az. Rusiyanın Çelyabinsk hava limanından Bakıya birbaşa uçuşların bərpası ilə bağlı ilkin razılaşma əldə olunub.
ABC.AZ Apa-ya istinadən məlumat verir ki, Çelyabinsk hava limanından beynəlxalq aviadaşımaların bərpası ilə bağlı artıq qərar qəbul edilib və iki istiqamət üzrə (Yerevan və Bişkek) reyslərin bərpası artıq razılaşdırılıb.
Qeyd olunur ki, Çelyabinsk-Bakı-Çelyabinsk, Çelyabinsk-Almatı-Çelyabinsk (hər ikisi müntəzəm) və Çelyabinsk-Monastir (Tunis, çarter reysləri) istiqamətlər üzrə reyslərin yerinə yetirilməsi ilə bağlı ilkin razılıq əldə edilib.
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
5 Oktyabr 2026