17:13 - 7.05.2021
7 may, Fineko/abc.az. Dövlət Gömrük Komitəsi bu ilin yanvar-aprel ayları ərzində qurumdan dövlət büdcəsinə daxil olan vəsaitin həcmini açıqlayıb.
ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə Komitə tərəfindən dövlət büdcəsinə 1 314 386,4 min manat daxil olub. Bu barədə DGK-nın dərc etdiyi göstəricilərdə qeyd olunub.
Müqayisə üçün qeyd edək ki, bu ötən ilin müvafiq dövrünə nisbətən 2,5% azdır.
Hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 10,1% artaraq 360 556,5 min manat təşkil edib.
Müəllif: Elmir Murad
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
5 Oktyabr 2026