15:02 - 4.05.2021
4 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında Dövlət Neft Fondunun (ARDNF) "Azəri-Çiraq-Günəşli" (AÇG) yataqlar blokundan əldə etdiyi gəlirləri 1 437 mln. ABŞ dolları təşkil edib.
ARDNF-dən ABC.AZ-a verilən məlumata görə, bu da illik müqayisədə 27,5% azdır.
Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövrünə nisbətən sözügedən göstərici 1 983 mln. dollar səviyyəsində idi.
Müəllif: Elmir Murad