10:48 - 4.05.2021
4 may, Fineko/abc.az. Rusiyanın "NordStar" aviaşirkəti Norilsk-Ufa-Bakı və əks istiqamətdə uçuşlara başlayır.
ABC.AZ Report-a istinadən xəbər verir ki, aviareyslər mayın 21-dən həyata keçiriləcək.
"NordStar" aviaşirkətin saytında artıq biletlər satışa çıxarılıb. Aviareyslər həftədə bir dəfə, cümə günü həyata keçiriləcək.
Təyyarə yerli vaxtla Norilskdən 11:15 qalxacaq, 12:50-də Ufa hava limanına çatacaq.
Təyyarə Azərbaycana yerli vaxtla 17:10-da çatacaq. Əks istiqamətdə isə Bakıdan təyyarə cümə günü yerli vaxtla 18:50-də qalxacaq, Ufaya 22:35-də çatacaq, Ufadan isə şənbə günü gecə 01:50-də qalxacaq və 07:15-də Norilskə çatacaq.
18 Avqust 2026