14:32 - 3.05.2021
3 may, Fineko/abc.az. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
ABC.AZ xəbər verir ki, Sərəncamda qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanması üçün ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Energetika Nazirliyinə 1.391.040,0 (bir milyon üç yüz doxsan bir min qırx) ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılacaq.
14 Avqust 2026
14 Avqust 2026