12:10 - 3.05.2021
3 may, Fineko/abc.az. "Türk Hava Yolları" (THY) şirkəti İstanbul-Gəncə istiqamətində mayın 15-dən etibarən birbaşa aviareyslərə başlayır.
ABC.AZ-ın Report-a istinadən məlumatına görə, bu barədə şirkətdən bildirilib. Məlumata görə, aviareyslər həftədə iki dəfə olmaqla çərşənbə axşamı və şənbə günü həyata keçiriləcək.
Qeyd edək ki, "Türk Hava Yolları" hazırda İstanbil-Bakı, Ankara-Bakı istiqamətində birbaşa aviareyslər həyata keçirir.
15 Avqust 2026
17 Avqust 2026