Bu Boru Kəmərinin əməliyyat xərcləri 13 milyon dollardan çox olub – Hesabat

15:39 - 29.04.2021


29 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi “BP Azərbaycan” şirkətinin 2021-ci ilin birinci rübününün yekunları ilə bağlı açıqlama yayıb.

ABC.AZ-ın məlumatına görə, ilin birinci rübündə Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) əməliyyat xərcləri 13 milyon dollardan artıq, əsaslı xərclər 2 milyon dollardan çox olub.

Rüb ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü 50,74 milyon kubmetr olub.