Hazırda Şahdəniz qurğularının hasilat gücü nə qədərdir? - BP-dən hesabat

15:20 - 29.04.2021


29 aprel, Fineko/abc.az. Bu ilin birinci rübündə Şahdəniz üzrə fəaliyyətlərə təqribən 688 milyon dollar əməliyyat xərcləri və 181 milyon dollardan çox vəsait xərclənib.

ABC.AZ-ın məlumatına görə, əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.

İlin ilk üç ayında yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə 5,1 milyard standart kubmetrdən çox qaz və təqribən 1 milyon ton (7,8 milyon barel) kondensat hasil edilib. Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 58 milyon (ildə 21 milyarddan artıq) standart kubmetrdir.