15:14 - 29.04.2021
29 aprel, Fineko/abc.az. Birinci rüb ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) üzrə əməliyyat xərclərinə 41 milyon dollardan artıq, əsaslı xərclərə isə 6 milyon dollardan artıq vəsait xərclənib.
ABC.AZ “BP Azərbaycan”-ın hesabatına istinadən xəbər verir ki,2021-ci ilin birinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 482 milyon ton (3,62 milyard barel) xam neft nəql edilib və Ceyhanda 4729 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
Ceyhan terminalında rüb ərzində BTC vasitəsilə ixrac olunmuş 6,7 milyon tondan artıq (təqribən 51 milyon barel) xam neft və kondensat 70 tankerə yüklənib və yola salınıb.
Müəllif: Elmir Murad
12 Avqust 2026
13 Avqust 2026
12 Avqust 2026