14:19 - 29.04.2021
29 aprel, Fineko/abc.az. “BP Azərbaycan” şirkəti 2021-ci ilin birinci rübünün yekunlarını açıqlayıb.
ABC.AZ xəbər verir ki, 2021-ci iin birinci rübü ərzində Azəri Çıraq Günəşli üzrə fəaliyyətlərə təxminən 142 milyon dollar əməliyyat məsrəfləri və 463 milyon dollardan artıq əsaslı məsrəflər xərclənib.
COVID-19 pandemiyasının yaratdığı çətinliklər və məhdudiyyətlərə baxmayaraq, rüb ərzində Azəri Mərkəzi Şərqi (ACE) layihəsi eləcə də bp-nin digər fəaliyyətləri vəziyyətə uyğunlaşmaqla fasiləsiz davam edib.
Müəllif: Elmir Murad