12:05 - 29.04.2021
29 aprel, Fineko/abc.az. 2021-ci ilin yanvar-mart aylarıda “Azərkosmos” ASC tərəfindən dünyanın 27 ölkəsinə 10,6 milyon dollarlıq xidmət ixrac edilib.
ABC.AZ xəbər verir ki, bu statistik rəqəmlər İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin aprel sayında öz əksini tapıb.
Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə ixrac 10,4 milyon dollar təşkil etmişdi.
“Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 faizini təşkil edib.
2021-ci ilin mart ayında isə “Azərkosmos” ASC dünyanın 26 ölkəsinə 2,1 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.