11:27 - 26.04.2021
26 aprel, Fineko/abc.az. SOCAR xam neft daşınması üçün 120 milyon dollar dəyərində "Aframax" tipli üç tanker satın alıb.
ABC.AZ xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Qeyd olunub ki, SOCAR tankerləri Yunanıstanın "Kyklades Maritime Corporation" şirkətindən alıb.
Dedveyti 115 min ton olan gəmilər SOCAR-a 2021-ci ilin üçüncü rübündə təhvil veriləcək və İkinci Qarabağ müharibəsində həlak olmuş komandirlərin adını daşıyacaq. Tankerlərin uzunluğu 252 metr, eni 45 metr təşkil edir.
12 Avqust 2026