10:48 - 26.04.2021
26 aprel, Fineko/abc.az. Britaniyanın “OneWeb” şirkətinin 36 rabitə peyki “Soyuz-2.1b” daşıyıcı raketi ilə “Vostoçnı” kosmodromundan fəzaya buraxılıb.
ABC.AZ xəbər verir ki, bu barədə “Roskosmos” məlumat yayıb.
“Bütün peyklər hədəf orbitlərə çıxarılaraq sifarişçilərin nəzarəti altına alınıb”,- deyə açıqlamada qeyd olunub.
Son buraxılış orbitdəki “OneWeb” peyklərinin sayını 182-yə çatdırıb.