11:18 - 23.04.2021
23 aprel, Fineko/abc.az. Nəsimi rayonu ərazisində 4 girişli, 5 mərtəbəli Asif Məhərrəmov küçəsi 37 saylı yaşayış binasının fasadında, girişlərində və pilləkən qəfəslərində başlanılmış bərpa və təmir işləri başa çatdırılıb.
ABC.AZ xəbər verir ki, binanın həyətinə 1200 kv.m. asfalt örtüyü, 120 kv.m. tamet, 800 kv.m. qazon vurulub, 300 p.m. yeni bardürlər qoyulub, 100 p.m. istinad divarı və pilləkən təmir olunub, yaşıllıqların suvarılması üçün 120 p.m. su xətti çəkilib, mövcud yaşıllıqlar bərpa edilərək ağaclar budanıb, müxtəlif növ həmişəyaşıl ağaclar və kollar əkilib.
Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binanın həyətinə söhbətgah və oturacaqlar qoyulub.
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
5 Oktyabr 2026