Neft bahalaşır, Brent bir barel üçün $65,77 təşkil edir

09:16 - 23.04.2021


23 aprel, Fineko/abc.az. Neftin etalon markaların qiymətləri cümə günü ticarətdə bahalaşır.

Saat 8: 45 üçün London ICE Futures birjasında keçirilmiş  hərracda Brent markalı neftin iyun fyuçersi $0,37 (0,57%), bir barel üçün $65,77 qədər yüksəldi. Aprelin 22 - də keçirilən ticarətin nəticələrinə görə, Brent markalı neftin iyun ayı üçün fyuçers qiyməti hər barel üçün $0,08 (0,12%) $65,40 səviyyəsinə qalxıb.

Saat 8: 45 üçün Nyu-York əmtəə birjasının (NYMEX) hərraclarında WTİ-nin iyun fyuçersinin qiyməti $0,46 (0,75%) – barrel başına $61,89-a qədər artıb. 22 aprel fyuçerslərinin nəticələrinə görə iyun ayının fyuçersi $0,08 (0,13%) – bir barel üçün $61,43 qiymətinə yüksəldi.