14:44 - 20.04.2021
20 aprel, Fineko/abc.az. 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə bu ilin eyni dövründə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 8,4 dəfə azalaraq 111,1 min nəfər olub.
ABC.AZ-ın Trend-ə istinadən məlumatına görə, xaricə gedən ölkə vətəndaşlarının 45,2 faizi Türkiyəyə, 19,7 faizi Rusiya Federasiyasına, 9,2 faizi Gürcüstana, 6,9 faizi İrana, 19,0 faizi digər ölkələrə səfər edib.
Gedənlərin 75,0 faizini kişilər, 25,0 faizini qadınlar təşkil edib.
Bu dövrdə ötən ilin eyni dövrü ilə müqayisədə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 41,6 dəfə, Gürcüstana gedənlərin sayı 27,3 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı 8,7 dəfə, Türkiyəyə gedənlərin sayı isə 1,8 dəfə azalıb.
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026