16:19 - 15.04.2021
15 aprel, Fineko/abc.az. 2021-ci ilin yanvar-mart dövründə "Azərbaycan Sənaye Bankı"nın cəmi əməliyyat gəlirlləri də azalıb.
ABC.AZ-ın məlumatına görə, azalma bankın yayıdığı hesabatda qeyd olunub.
Belə ki, sözügedən dövrdə bankın cəmi əməliyyat gəlirlləri 8 milyon 798 min manat, cəmi əməliyyat xərcləri 8 milyon 126 min manat təşkil edib.
Bank əməliyyat mənfəətindən 155 min manat ehtiyata ayırıb və 101 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin yanvar-mart dövründə "Azərbaycan Sənaye Bankı"nın cəmi əməliyyat gəlirlləri 9 milyon 240 min manat, cəmi əməliyyat xərcləri 7 milyon 228 min manat təşkil etmişdi.
Müəllif: Elmir Murad
31 Avqust 2026
31 Avqust 2026
30 Avqust 2026