10:14 - 14.04.2021
14 aprel, Fineko/abc.az. Şəmkir rayonunda toy edənlər cərimələnib.
Daxili İşlər Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Mərasim iştirakçılarından 15 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimə edilib.