16:01 - 13.04.2021
13 aprel, Fineko/abc.az. Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozlarına görə, bu il Azərbaycanın gündəlik xam neft ixracı 540 min barel təşkil edəcək ki, bu da 2020-ci illə müqayisədə 6,9% azdır.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun Orta Şərq və Mərkəzi Asiya regionu üzrə dərc etdiyi "Regional Economic Outlook" hesabatının aprel buraxılışında deyilir. 2022-ci ildə neft ixracının gündəlik 500 min barelə qədər enəcəyi proqnozlaşdırılır.
Beləliklə, Fondun hesablamalarına görə, 2021-ci ildə ölkədə proqnozlaşdırılan gündəlik hasil olunan neftin 79,4%-i, 2022-ci ildə isə 75,6%-i ixraca yönəldiləcək.
13 Avqust 2026
12 Avqust 2026