Redmi yeni layihəyə başlayır - İndi də oyun bazarına daxil olur

15:03 - 13.04.2021


13 aprel, Fineko/abc.az. Redmi şirkəti daha bir layihəyə start verib.

ABC.AZ-ın məlumatına görə, şirkət bu gün oyun smartfonları bazarına daxil olacağını rəsmən bəyan edib.

Şirkətdən verilən məlumata görə, yeni xəttin ilk modeli bu ayın sonunda buraxılacaq.

Bu bazara daxil olmaq qərarı “Redmi”nin istifadəçilərinin 70%-nin oyunlara xeyli vaxt ayıran gənclərdən ibarət olması ilə əlaqədardır.

Müəllif: Elmir Murad