10:34 - 9.04.2021
9 aprel, Fineko/abc.az. Naxçıvanın Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən “Naxçıvan Karqo” Məhdud Məsuliyyətli Cəmiyyətinə sürətli poçt xidmətlərinin göstərilməsi üçün müvafiq lisenziya verilib.
Naxçıvanın Rabitə və Yeni Texnologiyalar Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, nazirliyə daxil olan müraciətə əsasən sənədlərə komissiyada baxılmış və müvafiq araşdırma aparıldıqdan sonra “Naxçıvan Kargo” MMC-ə rabitə xidmətləri növünün sürətli poçt xidməti alt növünü həyata keçirmək üçün xüsusi lisenziya verilməsinə dair qərar qəbul edilib.
Müəllif: Elmir Murad
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026