11:07 - 8.04.2021
8 aprel, Fineko/abc.az. Son aylarda gündəlik koronavirusa yoluxanların təxminən 4-6%-ni müəllimlər təşkil edib.
ABC.AZ-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev aprelin 7-də AZTV-nin "Hədəf" verilişində deyib.
O qeyd edib ki, həmin faiz sırf məktəblərdə yoluxmalarla bağlı deyil.
"Müəllimin də ailələri var və ailədaxili yoluxmalar qeydə alınır. Şagird yoluxması da 6-8 % təşkil edib. Bəzi məktəblərdə müəllimlər arasında kütləvi yoluxma faktları çox az hallarda qeydə alınıb və həmin təhsil ocaqları da distant tədrisə keçib” deyə nazir bildirib.
Müəllif: Elmir Murad