10:55 - 8.04.2021
8 aprel, Fineko/abc.az. Yaşı 50-dən yuxarı olan müəllim və texniki heyətdən Bakıda 54 %-i, Sumqayıtda 69 %-i, Abşeronda 60 %-i, digər bölgələrdə isə 50 %-i koronavirus əleyhinə peyvənd vurdurub.
ABC.AZ-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev aprelin 7-də AZTV-nin "Hədəf" verilişində deyib.
Nazir qeyd edib ki, bu rəqəmlər hər gün dəyişir.
Onun sözlərinə görə, hər hansı məktəbin işçi heyətinin 85 %-dən çoxu vaksinasiya prosesindən keçibsə, həmin təhsil ocağını müəyyən mənada təhlükəsiz məktəb kimi qiymətləndirə bilərik.
"Əminəm ki, təhsilin bütün sahəsi üzrə 80-90 % müəllim və texniki heyət peyvənd olunacaqsa, bu şərtlə sentyabrın 15-də ənənəvi tədrisə qayıda bilərik. Əks halda sadəcə hansısa qapanma və dalğalarla pandemiya uzun müddət davam edəcək. Ona görə də ən effektik üsul peyvəndləmədir” deyə nazir qeyd edib.
Müəllif: Elmir Murad