Valyuta hərracında AMB banklara $74,3 mln. satıb

13:49 - 6.04.2021


6 aprel, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, valyuta hərracında aprelin 6-da banklara $74,3 mln satılıb.

"Valyuta hərracında banklar tərəfindən tələb $74,3 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.