Clubhouse sosial şəbəkəsi ilə pul köçürmək də mümkün olacaq

10:35 - 6.04.2021


6 aprel, Fineko/abc.az. “Clubhouse” sosial şəbəkəsi ilə bundan sonra pul köçürməsi mümkün olacaq.

ABC.AZ xarici mediaya istinadən xəbər verir ki, “Clubhouse” bu məqsədlə “Stripe” ödəniş sistemi ilə müştərək şəkildə birbaşa ödənişlər funksiyasını tətbiq edəcək.

Tətbiqdə ödəniş etmək üçün “Pul köcürmək” düyməni seçərək lazım olan məbləği daxil etmək lazımdır. Funksiyadan ilk dəfə istifadə etdikdə sosial şəbəkə vəsaitinin silinəcəyi kredit və ya debet kartı haqqında məlumat istəyəcək.

“Stripe” isə öz növbəsində bu xidmətə görə ödəniş edən tərəfdən müəyyən komissiya haqqı tutacaq.

Müəllif: Elmir Murad