Neftin qiyməti yüksəlir, Brent barrel başına $62,51 təşkil edir

10:25 - 6.04.2021


6 aprel, Fineko/abc.az. Neft qiymətləri, ötən gün düşdükdən sonra çərşənbə axşamı ticarətində yüksəlir.

Saat 9:26-da London ICE Futures birjasında keçirilən hərracda Brent markalı neftin iyun fyuçersi $0,36 (0,58%) barel başına – $62,51 qədər yüksəldi. Aprelin 5-də keçirilən ticarətin nəticələrinə görə, Brent markalı neftin iyun ayı üçün fyuçersinin qiyməti $2,71 (4,18%) - barrelə görə $62,15-ə düşüb.

Saat 9:26-da Nyu-York ticarət birjasında (NYMEX) WTI-nin may fyuçersinin qiyməti 0,41 (0,69%) – barel başına $59,06-a yüksəldi. 5 aprel ticarətinin nəticələrinə görə, WTI-nin may fyuçersi $2,80 (4,56%) – bir barelə $58,65-ə düşdü.