16:24 - 5.04.2021
5 aprel, Fineko/abc.az. May ayında qeyri-iş günlərinin sayı məlum olub.
ABC.AZ-ın məlumatına görə, bu il 9 May - faşizm üzərində qələbə günü bazar gününə təsadüf edir.
Bu səbəbdən Əmək Məcəlləsinə uyğun olaraq, iş və istirahət günlərinin yeri dəyişdiriləcək. Belə ki, 10 may qeyri-iş günü olacaq.
Bununla yanaşı bu il 13 may və 14 may da qeyri-iş günüdür. Çünki sözügedən tarixlər Ramazan bayramıdır.
Eyni zamanda 28 May - Respublika günü də iş günü hesab edilməyən bayram günüdür. Bu il mayın 28-i cümə gününə təsadüf edir.
Beləliklə, may ayında bayramlarla əlaqədar 4 gün iş olmayacaq.
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026