15:51 - 31.03.2021
31 mart, Fineko/abc.az. Martın 30-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti dəfə hərrac keçirib.
ABC.AZ nazirliyə istinadən xəbər verir ki, hərracda 20 əmlak özəlləşdirilib. Bunlardan 4-ü kiçik dövlət müəssisəsi, 15-i nəqliyyat vasitəsi, 1-i isə səhmdar cəmiyyətidir. Rəqabət mühitində keçən hərracda ümumilikdə 42 sifariş verilib.
Özəlləşdirilən kiçik dövlət müəssisələri Bakı şəhəri və Qusar rayonunda yerləşir. Hərracda "Yevlax Kəndtəchizat" ASC-nin səhm paketi də satılıb.
27 İyul 2026
25 İyul 2026