15:34 - 31.03.2021
31 mart, Fineko/abc.az. Bu ilin yanvar ayında Türkiyə Azərbaycandan 1 119,23 mln. kubmetr qaz idxal edib.
ABC.AZ xəbər verir ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 18,4% çoxdur.
Bununla da, yanvar ayında Azərbaycan Türkiyənin ümumi qaz idxalında ikinci yerdə qərarlaşıb.
Türkiyə 2020-ci ilin yanvarında Azərbaycandan 945,18 mln. kubmetr qaz idxal edib.
Yanvar ayının yekunlarına əsasən, Türkiyəyə qaz idxalına görə, birinci yeri Rusiya tutub.
Hesabat ayında Rusiyadan Türkiyəyə 2 675,21 mln. kubmetr "mavi yanacaq" ixrac olunub ki, bu da 21% çoxdur.
12 Avqust 2026
13 Avqust 2026
12 Avqust 2026