12:33 - 30.03.2021
30 mart, Fineko/abc.az. Cənubi Koreyanın “Hyundai Motor” şirkəti Ulsan şəhərindəki “Ioniq 5” elektromobillərinin yığıldığı zavodun işini mikrosxem çatışmazlığı səbəbindən birhəftəlik dayandıracaq.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, yarımkeçiricilərin və digər komponentlərin tədarükünün dayandırılması səbəbindən şirkət 7-14 aprel tarixlərində istehsalı dayandırmağı planlaşdırır.
Fəaliyyətlərin müvəqqəti dayandırılması 6,5 min “Ioniq 5” elektromobilin və 6 min “Kona” avtomobilinin istehsal həcmlərində azalmasına səbəb olacaq.
12 Avqust 2026