Neft ucuzlaşır, Brent bir barelə $64,84 təşkil edir

10:03 - 30.03.2021


30 mart, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri çərşənbə axşamı ticarətində azalır.

Saat 9:23-də London ICE Futures birjasında keçirilən ticarətdə Brent neftinin may fyuçersləri barrel başına $0,14 (0,21%) – $64,84-a düşüb. Martın 29-da keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin may ayı üzrə fyuçersinin qiyməti $0,41 (0,64%) – bir barelə $64,98-dək artıb.

Saat 9:23-də Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin may fyuçersi $0,10 (0,16%) – barrel başına $61,46-a düşdü. Martın 29-da keçirilən ticarətin nəticələrinə görə, may ayına olan fyuçers $0,59 (0,97%) - bir barelə $61,56-ə yüksəldi.