Bu ərazilərə təbii qazın verilməsində problem yaranıb - Siyahı

16:48 - 29.03.2021


29 mart, Fineko/abc.az. Martın 29-da saat 15:50 radələrində "Qaz İxrac" İdarəsinin Qaraçuxur Qaz Paylayıcı Stansiyasında müşahidə olunan güclü qaz sızması ilə bağlı təcili təmir işlərinə ehtiyac yaranıb.

“Azəriqaz”dan ABC.AZ-a daxil olan məlumata görə, qəza halı ilə əlaqədar olaraq Suraxanı rayonu Qaraçuxur, Yeni Günəşli və Əmircan qəsəbələrinin bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Günün sonuna qədər qaz təchizatının bərpası gözlənilir.