11:03 - 29.03.2021
29 mart, Fineko/abc.az. Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin Aparatında sürətli poçt xidmətinə lisenziya verilməsi üçün tələb olunan şərtlərin yerinə yetirilməsini müəyyən edən komissiya yaradılıb.
ABC.AZ Nazirliyə istinadən xəbər verir ki, artıq nazirliyə sürətli poçt xidmətlərinin göstərilməsi ilə bağlı müraciətlər daxil olmağa başlayıb.
Sənədlərə komissiyada baxılmış və müvafiq araşdırma aparıldıqdan sonra komissiyanın qərarına əsasən “Sürət Kargo” Məhdud Məsuliyyətli Cəmiyyətinə rabitə xidmətləri növünün sürətli poçt xidməti alt növünü həyata keçirmək üçün xüsusi lisenziya verilib.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026