Neft ucuzlaşır, Brent bir barelə $63,14 təşkil edir

09:49 - 29.03.2021


29 mart, Fineko/abc.az. Bazar ertəsi ticarətində, neftin etalon markalarının qiyməti azalır ki, bu da ötən həftə Süveyş kanalını bloklayan konteyner gəmisinin dayazlıqdan çıxarılması haqıında xəbərlərlə bağlıdır.

Saat 9:13-də London ICE Futures birjasında keçirilən ticarətdə Brent markalı neftin fyuçersləri barrel başına $1,43 (2,21%) – $63,14 səviyyəsinə düşdü. Martın 26-da keçirilən ticarətin nəticələrinə görə, Brent markalı neftin may ayı üçün fyuçersinin qiyməti bir barelə $2,62 (4,23%) – $64,57 çatıb.

Saat 9:13-də Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin may fyuçersinin qiyməti $1,52 (2,49%) – barel başına $59,45-ə qədər azalıb. Martın 26-da hərracların nəticələrinə görə, may fyuçersi $2,41 (4,12%) – bir barelə $60,97-ə yüksəldi.

Ötən həftənin nəticələrinə görə, WTI markalı neft ardıcıl olaraq üç həftə azalaraq 0,8% enib. Brent nefti bir həftə ərzində bir barelə $0,04 dollar bahalaşıb, bu isə 0,1% - dən azdır.

Xilasetmə qrupları, Süveyş kanalında təxminən bir həftə əzrində hərəkətə mane olan “Ever Given” konteyner daşıyanı dayazlıqdan çıxarmışdı. Kanaldan dünya dəniz neft tədarükünün, təxminən, 10% - i keçir.