15:48 - 19.03.2021
19 mart, Fineko/abc.az. “Azərpoçt” MMC-nin baş direktoruna yeni müavin təyin olunub.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu vəzifə İsi Mustafayevə həvalə olunub.
O, vəzifəsinin icrasına martın 17-dən başlayıb.
Bu təyinatla baş direktorun müavinlərinin sayı 4-ə çatıb.
Qeyd edək ki, İsi Mustafayev 2000-2001-ci illərdə “Partner Investment” MMC-nin Reyestr və depozitarlıq departamentində iqtisadçı, 2001-2003-cü illərdə department direktoru vəzifələrində çalışıb.
12 Avqust 2026