Yeni nazir özünə müşavir təyin etdi

11:05 - 18.03.2021


18 mart, Fineko/abc.az. Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev yeni müşavir təyin edib.

ABC.AZ xəbər verir ki, müşavir Bayramov Rəşad Bayram oğlu KİV-lə kommunikasiya və ictimaiyyətlə əlaqələrin effektiv qurulması üzrə funksiyaları yerinə yetirəcək.

Qeyd edək ki, R.Bayramov əmək fəaliyyətinə 2001-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) KİV-lə əlaqələr və siyasi məsələlər üzrə köməkçi vəzifəsində başlayıb.