10:24 - 18.03.2021
18 mart, Fineko/abc.az. Cümə axşamı günü ABŞ Energetika Nazirliyinin ölkədəki neft ehtiyatlarının artması ilə bağlı məlumatına görə, neftin etalon markalarının qiymətləri ticarətdə azalmağa davam edir.
ABŞ Energetika Nazirliyi ötən həftə ABŞ-da neft ehtiyatlarının 2,4 milyon barel artdığını bildirdi.
Saat 9:30-da London ICE Futures birjasında keçirilən ticarətdə Brent neftinin fyuçersləri barrel başına $0,48 (0,71%) – $67,52-a düşüb. Martın 17-də keçirilən ticarətin nəticələrinə görə, Brent markalı neftin may ayı üçün fyuçersi $0,39 (0,57%) – bir barelə $68 qədər azalıb.
Saat 9:30-da Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin aprel fyuçersinin qiyməti $0,41 (0,63%) – barel başına $64,19-a düşdü. Martın 17-də keçirilən hərracların nəticələrinə görə, WTI-nin aprel fyuçersi $0,20 (0,31%) - barel başına $64,60-a qədər ucuzlaşıb.