16:13 - 17.03.2021
17 mart, Fineko/abc.az. SOCAR-ın prezidenti Rövnəq Abdullayev Norveçin “Equinor” şirkətinin yataqların işlənməsi və beynəlxalq hasilat üzrə vitse-prezidenti Al Kukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
SOCAR-dan ABC.AZ-a daxil olan məlumata görə, görüşdə əsasən SOCAR və “Equinor” şirkətləri tərəfindən bərabər pay bölgüsü əsasında həyata keçirilən “Qarabağ” yatağının işlənməsi, eləcə də “Dan Ulduzu”-“Əşrəfi”-“Aypara” perspektivli strukturlarında aparılmış ilkin kəşfiyyat işlərinin nəticələri və növbəti addımların planlaşdırılması müzakirə olunub.
“Dan Ulduzu”-“Əşrəfi”-“Aypara” perspektivli strukturlarında kəşfiyyat işlərinə 2018-ci ilin ikinci yarsında start verilib, 2019-cu ildə burada 2D və 3D seysmik kəşfiyyat işləri tamamlanıb.
Nəticələr 2020-ci ildə emal olunub, hazırda nəticələrin interpretasiyası davam edir. İnterpretasiya prosesinin ilkin yekunları bu strukturlarda neft-qaz ehtiyatlarının gözlənildiyindən daha yüksək olduğunu göstərir. Qarşıdakı dövrdə ehtiyatların dəqiqləşdirilməsi məqsədi ilə kəşfiyyat qazması həyata keçirilə bilər.
12 Avqust 2026