14:04 - 17.03.2021
17 mart, Fineko/abc.az. Rusiyadan Ermənistana nəql olunan qaz müvəqqəti olaraq Azərbaycan ərazisindən həyata keçiriləcək.
ABC.AZ xəbər verir ki, bu barədə məlumatı “Gazprom Export” şirkəti yayıb.
Buna səbəb isə Rusiya qazının Gürcüstan ərazisindən keçən “Şimali Qafqaz - Zaqafqaziya” qaz kəmərinin təmiri göstərilib.
“Şimali Qafqaz - Zaqafqaziya” qaz kəmərində planlı profilaktik təmir işləri gedən müddətdə Rusiya qazı istehlakçılara Azərbaycan üzərindən tədarük ediləcək. Bununla bağlı Azərbaycan tərəfi ilə qısamüddətli müqavilə imzalanıb”, - deyə məlumatda qeyd olunub.
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026