10:42 - 17.03.2021
17 mart, Fineko/abc.az. Bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrə 3 milyard 318 mln 506,3 min kubmetr təbii qaz ixrac edib.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən iki ay ərzində ixrac edilən təbii qazın ümumi dəyəri 357 mln 692,34 min ABŞ dolları təşkil edib.
Bu həcmlərin 2 milyard 62 milyon 810,13 min kubmetri Türkiyəyə, 1 mlrd 244 milyon 846,58 min kubmetri Gürcüstana ixrac edilib.
Müəllif: Elmir Murad
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026