10:58 - 19.02.2021
19 fevral, Fineko/abc.az. Vətən müharibəsində 41 Astara rayon sakini qəhrəmancasına vuruşaraq şəhid olub.
ABC.AZ-ın məlumatına görə, onların xatirəsini əbədiləşdirmək üçün Astarada Zəfər Parkı inşa edilir.
Şəhərin Heydər Əliyev Prospektində tikilən parkın ərazisi 1400 kvadratmetrdir.
Artıq Parkda əsas abidənin tikintisi, ərazinin hasara alınması və hörgü işləri başa çatdırılıb, inşaatçılar suvaq işlərini davam etdirirlər. Parkın mərkəzində Vətən müharibəsinin qəhrəmanı – Azərbaycan əsgərinin abidəsi ucaldılacaq.
Müəllif: Elmir Murad
13 Avqust 2026
13 Avqust 2026