17:00 - 18.02.2021
18 fevral, Fineko/abc.az. 2020-ci ilin yekunlarına əsasən, Azərbaycanın dövlət büdcəsinin qeyri-neft gəlirlərinin qeyri-neft ÜDM-də payı 24,6% təşkil edib.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, sözügedən göstərici Beynəlxalq Valyuta Fondunun proqnozuna (24,8%) cüzi yayınma ilə uyğun olub.
Bu göstəricinin tədricən artmasını gözləyən Fond dövlət büdcəsində qeyri-neft gəlirlərinin qeyri-neft ÜDM-də payının 2021-ci ildə 25,4% təşkil edəcəyini güman edir.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026