15:30 - 12.02.2021
12 fevral, Fineko/abc.az. Kiçik və orta sahibkarlıq subyektləri dövlət sifarişlərinə daha çox cəlb ediləcək.
ABC.AZ-ın məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov “Postpandemiya dövründə vergi sistemi” konfransında çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştrak etmələri təşviq edilməlidir: "Onlar dövlət sifarişlərinə daha çox cəlb edilməlidir. Haqsız rəqabətə yol açan hallara son qoyulmalıdır. Bunun üçün zəruri institusional islahatlar və yeni qanunvericilik təşəbbüsləri həyata keçiriləcəkdir”.