11:18 - 1.02.2021
1 fevral, Fineko/abc.az. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva vəzifəsindən azad edilib.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq sənəd imzalanıb.
Qeyd edək ki, M.Vəliyeva 1968-ci ildə Bakı şəhərində anadan olub.
O, daha əvvəl Prezident İlham Əliyevin 27 iyun 2018-ci il tarixli Sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin edilmişdi. 2014-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, 2015-2018-ci illərdə BŞTİ-nin müdiri vəzifələrində çalışıb.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026