Ötən ay qeyri neft-qaz məhsullarını ən çox ixrac etdiyimiz ölkələr - Siyahı

11:46 - 29.01.2021


29 yanvar, Fineko/abc.az. 2020-ci ilin dekabr ayında qeyri neft-qaz məhsulları üzrə ən çox mal Rusiyaya (62.8 milyon ABŞ dolları) ixrac edilib.

ABC.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin yanvar sayına istinadən xəbər verir ki, Azərbaycan sözügedən dövrdə ikinci ən çox qeyri neft-qaz məhsulları  Türkiyəyə (57.3 milyon ABŞ dolları) satıb.

Sonrakı yerlərdə İsveçrə (23.5 milyon ABŞ dolları), Gürcüstan (10.7 milyon ABŞ dolları) və Özbəkistan (7.6 milyon ABŞ dolları) gəlir. 2020-ci ilin dekabr ayında qeyri-neft sektoru üzrə ixracda xurma (26.7 milyon ABŞ dolları) birinci, qızıl (21.9 milyon ABŞ dolları) ikinci, pambıq mahlıcı (21.3 milyon ABŞ dolları ) üçüncü yerdə qərarlaşıb.