“Günay Bank” bu göstəricilər üzrə geriləyib – Siyahı

15:58 - 28.01.2021


28 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi “Günay Bank” ötən ilin maliyyə hesabatını açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, 2020-ci ildə “Günay Bank”ın cəmi əməliyyat gəlirləri azalıb.

Belə ki, 2019-cu ildə “Günay Bank”ın cəmi əməliyyat gəlirləri 20 milyon 531 min manat olduğu halda ötən il bu rəqəm 18 milyon 589 min manat təşkil edib. Azalma əməliyyat mınfəətində də yaşanıb.

Belə ki, ötən il Bankın əməliyyat mənfəəti 1 milyon 948 min manat təşkil edib. Bu 2019-cu ildə 3 milyon 342 min manat təşkil etmişdi.

Müəllif: Elmir Murad