11:41 - 18.01.2021
18 yanvar, Fineko/abc.az. 2021-ci il yanvarın 1-dən etibarən qalınlığı 15 mikronadək olan polietilen torbaların, iyulun 1-dən isə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların istehsalı və idxalı qadağan edilməsi ilə əlaqədar mövcud vəziyyətin müzakirəsi görüş keçirilib.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən ABC.AZ-a daxil olmuş məlumata görə, görüşdə qeyd olunan məsələ ilə bağlı əmtəə bazarındakı vəziyyət müzakirə olunub, sahibkarların təklifləri dinlənilib və onlara qanunvericiliyin tələbləri izah edilib, qanun pozuntusu aşkar ediləcəyi təqdirdə, ciddi məsuliyyət tədbirlərinin görüləcəyi bildirilib.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026