12:17 - 13.01.2021
13 yanvar, Fineko/abc.az. 2020-ci ildə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin dəyəri açıqlanıb.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə ölkədə ticarət dövriyyəsi 40 mlrd 166,5 mln manat təşkil edib.
Bu, 2019-cu illə müqayisədə 1,3 % azdır.
Hesabat dövründə azalan tək ticarət dövriyysi olmayıb.
Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri də kiçilib. Belə ki, bu xidmətlər 27,9 % azalaraq 6 mlrd 998,4 mln manat olub.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026