11:36 - 13.01.2021
13 yanvar, Fineko/abc.az. Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ildə 37 058,9 mln. manatlıq sənaye məhsulu istehsal olunub.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu 2019-cu ilin göstəricisi ilə müqayisədə 5% az istehsal deməkdir.
Hesabat dövründə sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 12,5% artaraq, 11 681 mln. manat təşkil edib.
Müəllif: Elmir Murad
18 Avqust 2026